Nazirlər Kabineti yanında Operativ Qərargahın iclası keçirildi

Bu gün Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə Operativ Qərargahın iclası keçirilib.

Bu barədə Yenicag.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

İclasda xüsusi karantin rejiminin tətbiqi, daha konkret mexanizmlərlə tənzimlənməsi ilə bağlı məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.