Nazirlər Kabinetindən yeni qərar

Nazirlər Kabineti Xəzər dənizinin Azərbaycan sektorunda neft yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında təminat və öhdəlikləri təsdiq edib.

Yenicag.az xəbər verir ki, bu barədə Baş nazir Novruz Məmmədov qərar imzalayıb.

Birinci qərarla Xəzər dənizinin Azərbaycan sektorunda Əşrəfi-Dan ulduzu-Aypara sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Statoil Azərbaycan Əşrəfi-Dan ulduzu Aypara BV və SOCAR-ın Ortaq Neft Şirkəti arasında imzalanmış sazişin 5-ci əlavəsində qeyd olunmuş “Azərbaycan Respublikası hökumətinin təminatı və öhdəlikləri” təsdiq edilib.

Digər qərarla isə Xəzər dənizinin Azərbaycan sektorunda “Qarabağ” neft yatağının işlənməsi ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Statoil Azərbaycan Qarabağ BV və SOCAR QARABAĞ LLSİ arasında Risk Xidmət Sazişinin 5-ci əlavəsində qeyd olunmuş “Azərbaycan Respublikası hökumətinin təminatı və öhdəlikləri” təsdiq edilib.

COP29