!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nazirlər Kabinetinin bu səlahiyyəti ləğv olundu

!Reklam – Yazi

Nəqliyyat vasitələrinin qeydiyyatına (daimi və müvəqqəti uçota alınmasına, nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi haqqında müqavilələr əsasında həmin nəqliyyat vasitələrinin müvafiq icra hakimiyyəti orqanlarında dövlət qeydiyyatına) görə dövlət rüsumunun dərəcəsinin 10 manat olduğu halın əhatə dairəsi konkretləşdirilir.

Yenicag.az xəbər verir ki, bu, bu gün Milli Məclisin iclasında üçüncü oxunuşda müzakirə çıxarılan “Dövlət rüsumu haqqında” təklif olunan dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanuna əsasən, hər il üçün fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin müvafiq icra hakimiyyəti orqanlarında dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumunun məbləğləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

Bu hal istisna ilə avtonəqliyyat vasitələri üçün dövlət rüsumunun məbləği 10 manat olub.

Layihəyə əsasən, yaxın qohumlara (ər, arvad, uşaqlar, valideynlər, övladlığa götürənlər, babalar, nənələr, nəvələr, doğma və ögey qardaşlar və bacılar) bağışlanması halları istisna olmaqla, fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələr və hərracın nəticələri haqqında protokol əsasında həmin minik avtomobillərinin müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumunun məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq ediləcək.

Minik avtomobillərinin yaxın qohumlara (ər, arvad, uşaqlar, valideynlər, övladlığa götürənlər, babalar, nənələr, nəvələr, doğma və ögey qardaşlar və bacılar) bağışlanması halı ilə əlaqədar, habelə bu qanunda nəzərdə tutulmayan digər hallarda isə avtonəqliyyat vasitələri üçün dövlət rüsumunun məbləği 10 manat olacaq.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib./Apa/

www.yenicag.az

397
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv