Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Nazirlər Kabinetinin növbəti iclası keçirildi

Martın 19-da Nazirlər Kabinetində Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamdan irəli gələn tapşırıqların icrasına həsr olunmuş ilk iclası keçirilib.

Bu barədə Yenicag.az-a Nazirlər Kabinetinin Mətbuat Xidmətindən məlumat verilib.

Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilmiş iclasda təcili və təxirəsalınmaz tədbirlərin görülməsi, makroiqtisadi sabitliyin qorunması və fiskal dayanıqlığın təmin olunması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sahibkarlıq fəaliyyətinin və iqtisadi artımın dəstəklənməsi, ölkə iqtisadiyyatının xarici təsirlərə davamlılığının gücləndirilməsi, görüləcək tədbirlərin maliyyələşdirilməsi mənbələrinin müəyyən olunması haqda məsələlər müzakirə olunub və müvafiq tapşırıqlar verilib.

İşçi qruplara tapşırılıb ki, vahid tədbirlər planının hazırlanması üçün təkliflərini təqdim etsin.

www.yenicag.az

255