ATƏT Nazirlər Şurasının 27-ci sessiyasının keçiriləcəyi vaxt açıqlanıb.
Yenicag.az-ın xəbərinə görə, bu barədə ATƏT-in saytında məlumat verilib.
Bildirilib ki, COVID-19 pandemiyası ilə əlaqədar tətbiq olun məhdudiyyətlərə görə ATƏT Nazirlər Şurasının 27-ci sessiyası bu ilin 3-4 dekabr tarixlərində videokonfrans formatında keçiriləcək.
Tədbir ATƏT-in fəaliyyətdə olan sədri, Albaniyanın Baş naziri Edi Ramanın dəvəti ilə baş tutacaq.
Qeyd edək ki, Nazirlər Şurası ATƏT-in əsas qərarvermə və idarəetmə orqanıdır. İllik toplantı ATƏT-ə üzv 57 dövlətin xarici işlər nazirləri üçün Avroatlantik və Avrasiya bölgəsindəki təhlükəsizliyi və təşkilatın bütün fəaliyyətini nəzərdən keçirmək və qiymətləndirmək üçün fürsətdir.