Reklam: High Technic
hightechnic

Nazirlik araşdırma apardı - 15 günə 65 min cərimə yazdı

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ötən ayın 15 günü ərzində ekoloji vəziyyətlə bağlı apardığı araşdırmanın nəticələrini açıqlayıb.

Nazirlikdən Yenicag.az-a verilən məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən qanun pozuntularına görə 241 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 60 müddətli “məcburi göstəriş” verilib.

Ümumilikdə, 53 iş üzrə 64450 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 33 iş üzrə 37.538,25 manat məbləğində iddia qaldırılıb. Ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 234 iş üzrə 28.942,93 manat məbləğində ödəmə tətbiq edilib.

Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına və icra qurumlarına 23, məhkəmələrə isə 3 iş göndərilib.

www.yenicag.az

326