Nazirlik çimərliklərin monitorinqinə başladı

Çimərliklərdə dəniz suyunun monitorinqinə başlanılıb.

Yenicag.az xəbər verir ki, bu barədə məlumatı Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov verib. Onun sözlərinə görə, monitorinq oktyabrın 1-dək aparılacaq. Onun sözlərinə görə, monitorinq Bakı, Abşeron, Azərbaycanın şimal və cənubunda yerləşən bütün çimərlikləri əhatə edəcək.

Z. Kazımov qeyd edib ki, monitorinq zamanı çimərliklərdə dəniz suyunun laborator müayinələri aparılacaq: “Eyni zamanda, dəniz suyu kimyəvi, bakterioloji, radioloji və toksikoloji analizlərdən keçiriləcək. Analizlərin nəticələrinə əsasən, çimərliklərin hansının istifadəyə yararlı olub-olmadığına qərar veriləcək.

Qeyd edək ki, 2017-ci ildə aparılmış müayinələrin nəticələrinə görə, Qaradağda “Sahil”, Səbaildə “Şıx” və Sumqayıt çimərliklərində bakterioloji çirklənmə müşahidə olunub.

COP29