Reklam: High Technic
hightechnic

Nazirlik Daşkəsəndə reyd keçirdi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə reyd keçirilib.

Nazirliyin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumatda bildirilib ki, reyd zamanı Daşkəsən rayonu Zağalı kəndi ərazisinə heyvandarlıq təsərrüfatında əmələ gələn tullantıların atıldığı və ətrafa iy-qoxunun yayıldığı aşkar edilib.

Araşdırma zamanı tullantıların Daşkəsən rayon sakini Rizvan Süleymanov tərəfindən atıldığı müəyyən olunub və faktla bağlı protokol tərtib edilib. Qanun pozucusu İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən fiziki şəxs qismində 500 manat məbləğində cərimə olunub. Tullantıların ərazidən təmizlənməsi üçün R.Süleymanova icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

www.yenicag.az

564