Nazirlik məktəb formaları ilə bağlı məsələyə aydınlıq gətirdi

Təhsil Nazirliyi məktəb formalarının yalnız məktəb direktorlarının söylədiyi ticarət obyektlərindən alınması ilə bağlı valideynlər arasında yaranan narazılıqlara aydınlıq gətirib.

Yenicag.az-ın məlumatına görə, Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov bildirib ki, heç bir məktəb rəhbəri və ya müəllimi məktəbli formasının satışı ilə məşğul ola bilməz.

Onun sözlərinə görə, “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə əsasən, məktəblərdə təhsilalanların geyim forması hər bir məktəbin öz daxili nizamnaməsi ilə müəyyən olunur:

“Məktəb geyim formasının satışı ilə məşğul olmur. Valideynlər məktəbli formasını istənilən ticarət obyektindən əldə edə bilərlər”./Trend/

COP29