Nazirlik Oğuzdakı yanğınla bağlı məlumat yaydı

Oğuz rayonunda mürəkkəb relyefli dağlıq ərazilərdə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq qüvvələri tərəfindən məhdudlaşdırılıb.

FHN-dən Yenicag.az-a verilən məlumata görə, yanğının tam söndürülməsi (tüstülənmə ocaqlarının söndürülməsi) istiqamətində təxirəsalınmaz işlər aparılır.

Əlavə məlumat veriləcək.