!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nazirlik ovçuları cərimələdi

!Reklam – Yazi

Nazirlik əməkdaşları icazəsiz ov cəhdinin qarşısı alıblar.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin əməkdaşları tərəfindən Ağzıbir ovçuluq təsərrüfatına müvafiq icazə olmadan daxil olan Şabran rayon sakini Hətəm Teyyubov, Şamaxı rayonunun dağlıq ərazisində isə ova cəhd edən Bakı şəhər sakini Nazim Rzayev saxlanılıb.

Onlardan iki ov tüfəngi, 11 patron götürülüb.

Təqsirkarlar barəsində qanunamüvafiq tədbir görülüb və hər birinə inzibati qaydada 1000 manat məbləğində cərimə tətbiq edilib.

www.yenicag.az

4417
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv