Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Nazirlik: Qanunu pozanlar cərimələnib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları iyunun 1-dən 15-dək ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparıblar.

Bu barədə Yenicag.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 230 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 38 müddətli “məcburi göstəriş” verilib.

Ümumilikdə, 39 iş üzrə 29550 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 111 iş üzrə 11054362,72 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 230 iş üzrə 36483,96 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 129, icra qurumlarına 17, məhkəmələrə 10 iş göndərilib.

Loading...

www.yenicag.az

1729
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100