Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Nazirlik sahibkarları cərimələyib - Siyahı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları tərəfindən Sumqayıt şəhərində açıq su hövzələrinin çirkləndirilməsinə qarşı növbəti reyd keçirilib.

ETSN-nin mətbuat xidmətindən verilən məlumata görə, reyd zamanı Sumqayıt şəhərində “Acı-Dərə”si kanalı boyu ərazidə bərk məişət tullantılarının qalaqlanması, 76-cı məhəllədə fəaliyyət göstərən “Quşçuluq təsərrüfatı”nda formalaşan çirkab suların təmizlənmədən birbaşa “Acı-Dərə”si kanalına axıdılması, Xəzər dənizi sahil zolağında “Freqat”, “Nicat”, “Orxan”, “Neptun”, “Sahil”, “Alinea” ictimai iaşə obyektlərində yaranan bərk və maye mənşəli məişət tullantılarının qanunvericiliyə uyğun qaydada idarə edilməməsi faktları aşkar olunub. Faktlarla bağlı obyekt sahibləri barəsində protokollar tərtib edilib.

İnzibati xəta törətdiklərinə görə obyekt sahibləri ümumilikdə 3800 manat məbləğində cərimə olunub və çatışmazlıqların aradan qaldırılması üçün onlara icrası məcburi olan müddətli “məcburi göstəriş”lər verilib.

“Acı-Dərə”si kanalı boyu ərazidə bərk məişət tullantılarının atılmasında və qalaqlanmasında təqsirkar olan şəxslərin müəyyənləşdirilməsi üçün Sumqayıt şəhər Polis İdarəsinə müraciət olunub.

Yenicag.az

www.yenicag.az

674
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100