Nazirlik sertifikatlaşdırmayla bağlı məlumat yaydı

Elm və Təhsil Nazirliyi sosial şəbəkələrdə dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin təxirə salınması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Nazirlikdən Yenicag.az-a daxil olan məlumata görə, paylaşılan məlumat həqiqəti əks etdirmir.

“Elm və Təhsil Nazirliyi olaraq vətəndaşlardan ancaq rəsmi xəbərlərə istinad etməyi xahiş edirik”, – məlumatda qeyd olunur.