Nazirlikdə ciddi dəyişiklik – 3 rəhbər şəxs işdən çıxarıldı

rabiteveyuksektexnologiya60Bakı Telefon Rabitəsi İstehsalat Birliyində (BTRİB) ciddi kadr dəyişikliyi olub.

Birliyin Stansiya qurğularının istismarı şöbəsinin rəisi Qaryağdı Nağıyev, Xətt Qurğularının İstismarı şöbəsinin rəisi Kərəm Məmmədov işdən çıxarılıb.

Bundan başqa, birliyin Sorğu-məlumat sexinin rəisi Əhliman İsmayılov da tutduğu vəzifədən uzaqlaşdırılıb.

BTRİB-dən məsələ ilə şərh verilməyib.

Qeyd edək ki, BTRİB Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərir.(APA)