Nazirlikdə daha bir TƏYİNAT

Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” ASC-nin İdarə Heyətinə daha bir sədr müavini təyin edilib.

Yenicag.az xəbər verir ki, bu barədə Report-a nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Hüseynov məlumat verib.

Onun sözlərinə görə, nazir İnam Kərimovun müvafiq əmri ilə Ziya Vəliyev sözügedən vəzifəyə gətirilib.