Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Nazirlikdə işləmək istəyənlərin diqqətinə - 529 işçi axtarılır

Kənd Təsərrüfatı Nazirliyi 529 inzibati vakant dövlət qulluğu vəzifəsinə qəbul elan edib. Müsabiqəyə təqdim olunmuş vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları Dövlət İmtahan Mərkəzinin internet portalında yerləşdirilib.

Nazirlikdən Yenicag.az-a verilən məlumata görə, hazırda 57 vakant vəzifənin tutulması üzrə ümumi müsahibə mərhələsi davam edir.

Müsahibə mərhələsi üzrə qeydiyyat dekabrın 5-dək davam edəcək.

Kənd Təsərrüfatı Nazirliyi aqrar sahədə ixtisas almış vətəndaşları, aqronom, bioloq, zooloq, baytar, torpaq üzrə mütəxəssis və zoomütəxəssisləri müsahibələrdə iştiraka dəvət edir.

Təqdim olunan vakant vəzifələr Kənd Təsərrüfatı Nazirliyi yanında Baş Dövlət Texniki Nəzarət Xidməti, Xidmətin regional bölmələri, mərkəzi icra hakimiyyəti orqanı tabeliyində olan orqanın rəhbəri, Dövlət Aqrar İnkişaf Mərkəzlərində bitkiçilik və heyvandarlıq sektoru, maliyyə-təsərrüfat sektoru, Nazirlik Aparatı və Nazirliyin tabeliyində olan qurumlar üzrə müəyyənləşib.

Loading...

www.yenicag.az

8834
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100