Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talılov vəzifəsindən azad edilib.
Yenicag.az-ın məlumata görə, onun yerinə Elçin Zeynalov təyin olunub.
Yeni nazir müavini indiyə qədər Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru vəzifəsində çalışıb./Report/