Nazirlikdə yeni TƏYİNAT

Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Dövlət Aqrar Ticarət Şirkəti” MMC-yə rəhbərlik qurumun Tədarük və təchizat departamentinin direktoru Rəşad Kərimova həvalə olunub.

Yenicag.az xəbər verir ki, o, yeni vəzifəsində bir qədər əvvəl Nazirliyə məxsus “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri təyin edilmiş Leyla Məmmədovanı əvəz edib./Report/