Nazirlikdən anomal istilərlə bağlı – XƏBƏRDARLIQ

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti isti hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

ETSN-nın mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, iyulun 2-dək Bakıda və Abşeron yarımadasında anomal isti hava şəraitinin davam edəcəyi, havanın maksimal temperaturunun 35-38, bəzi yerlərdə 40 dərəcə isti olacağı gözlənilir.