!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nazirlikdən hava xəbərdarlığı

!Reklam – Yazi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Azərbaycanda müşahidə olunan anomal isti hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

Nazirlikdən Yenicag.az-a verilən məlumata görə, bu gün ölkə ərazisində anomal isti hava şəraiti davam edir.

“Anomal isti hava şəraiti ilə bağlı günorta saatlarında 11:00-17:00-dək günəş şüalarının birbaşa təsiri altında uzun müddət olmaq risklidir, günəş şüalarından qorunmaq üçün mümkün vasitələrdən istifadə etməyinizi tövsiyə edirik”, – məlumatda qeyd olunub.

Anomal isti hava şəraiti iyulun 4-də də davam edəcək. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 39-41, Mərkəzi Aran və Naxçıvan MR-nın bəzi yerlərində 40-44, dağlıq rayonlarda isə 27-32 dərəcə isti təşkil edəcək.

www.yenicag.az

1856
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv