Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Nazirlikdən müəllimlərə müraciət

Təhsil Nazirliyi 2018-ci il üzrə diaqnostik qiymətləndirmədə iştirak edəcək müəllimlərə müraciət edib.

Nazirlikdən Yenicag.az-a verilən xəbərə görə, cari ilin mayında keçiriləcək diaqnostik qiymətləndirmədə əsas iş yeri olaraq müddətsiz əmək müqaviləsi əsasında işləyən müəllimlər, gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri, direktor, direktor müavinləri, məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçılar, yerli təhsili idarəetmə orqanlarında dövlət qulluğu və metodist vəzifələrində çalışanlar iştirak edə bilər.

Müraciətdə deyilir ki, diaqnostik qiymətləndirmədə əvvəlki imtahanlarda aşağı nəticə göstərən, ikinci ixtisası üzrə tədris aparan, habelə daha öncə diaqnostik qiymətləndirmədən keçməyən şəxslər də iştirak edə bilərlər.

www.yenicag.az

5660
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS