Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib.
Nazirlikdən Yenicag.az-a verilən məlumata görə, reyd zamanı İsmayıllı rayonu ərazisində fəaliyyət göstərən “Raqib-FK” MMC tərəfindən Əyriçay çayının sağ sahilindən 4078,08 kub.m həcmində gilin çıxarıldığı məlum olub.
Faktla bağlı “Raqib-FK” MMC barəsində akt tərtib edilib və təbiətə 22429,44 manat məbləğində ziyan dəydiyi müəyyən olunub.
Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Baş Prokurorluğuna göndərilib.