Nazirlikdən xəbərdarlıq: “ Ehtiyatlı olsunlar”

Ekologiya və Təbii Sərvətlər Nazirliyi güclü küləklə bağlı əhaliyə xəbərdarlıq edib

Yenicag.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, bu gün səhər saatlarından başlayaraq ölkə ərazisində hava şəraitinin dəyişəcəyi gözlənilir. Bakıda və Abşeronda günün birinci yarısında şimal küləyi güclənəcək. Ən güclü külək gündüz və axşam müşahidə olunacaq. Küləyin maksimal sürəti saniyədə 30-35 metrə çatacaq:

“Güclü küləyin əsməsi ilə əlaqədar vətəndaşlarımıza müraciət edirik ki, ehtiyatlı olsunlar. Güclü külək nəticəsində irigövdəli ağacların, onların budaqlarının aşma, sınma təhlükəsi var. Ona görə vətəndaşlarımıza tövsiyə edirik ki, diqqətli olsunlar, ağacların altında durmasınlar, maşınları saxlamasınlar. Uşaqları küləkli havada nəzarətsiz həyətə buraxmasınlar. Bir daha əhalini ehtiyyatlı olmağa çağırırıq.”

COP29