Nazirliklə “Azərenerji”dən enerji təchizatında yenidən yaranmış problemlə bağlı AÇIQLAMA

Energetika Nazirliyi və “Azərenerji” ASC birgə operativ məlumat yayıb.

Nazirlikdən Yenicag.aza verilən məlumata görə, ötən gün ölkənin elektrik enerji sistemində baş vermiş qəzanın nəticələri aradan qaldırılsa da, onun fəsadı səbəbindən axşam saatlarında bəzi yerlərdə elektrik enerjisi məhdudiyyətlə verilir.

Həyati vacib əhəmiyyətli obyektlər elektrik enerjisi ilə artıq təmin edilib. Hazırda vəziyyət nəzarət altındadır və elektrik enerjisinin verilişi bərpa olunur.

Problemin tam həlli üçün zəruri tədbirlər davam etdirilir.