Nazirliyə aid zavoddakı partlayışla bağlı cinayət işi başlanıldı

Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən zavodunda sursat partlayışı nəticəsində 1966-cı il təvəllüdlü Mehman Əhmədovun ölməsi, 1978-ci il təvəllüdlü Səbinə Şəkərovanın isə xəsarətlər alması faktı ilə bağlı Şirvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən Yenicag.az-a bildirilib.

Hazıra iş üzrə ibtidai istintaq aparılır.