Nazirliyin əməkdaşı vəfat etdi – FOTO

Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyevin həyat yoldaşı, Mədəniyyət Nazirliyinin əməkdaşı, Azərbaycan Prezidentinin fəxri diplomu ilə təltif olunmuş Günay Əliyeva vəfat edib.

Yenicag.az “Report”-a istinadən xəbər verir ki, qadının xərçəng xəstəliyindən dünyasını dəyişdiyi bildirilir.

G.Əliyeva bu gün “Qurd qapısı” qəbiristanlığında dəfn olunub.