Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Nazirliyin qarşısında etiraz: "Bizim də yaşamağa haqqımız var" - VİDEO

Ağdam rayon Qaradağlı kənd sakinləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında dinc aksiya keçiriblər.

Yenicag.az xəbər verir ki, Qaradağlı sakinləri yaxalarına “Bizim də yaşamağa haqqımız var” plakatı asaraq nazirlə görüş tələb ediblər.

Qaradağlı sakinləri bildirib ki, illərdir iş istəsələr də, onları işlə təmin etmirlər:

“İcra başçısı rüşvət alaraq insanları işə qoyur. Məndən 7 min manat pul tələb etdilər. Mən erməni ilə üz-üzə yaşayıram, 7 min manatım haradandır? Prezident Administrasiyasına şikayət ərizələri yazmışıq, dəfələrlə görüşdə də olmuşuq, oradan bizi Ağdam rayon İcra Hakimiyyətinin üstünə göndəriblər, o isə bizə iş vermir”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında olan şəxslər Ağdam rayon İcra Hakimiyyətinin başçısının külli miqdarda rüşvət aldığını da iddia ediblər.

Şikayətçilər bildirib ki, Ağdam rayonunda hansı quruma iş üçün müraciət etsələr, onlara “gedin, hara istəyirsiniz, şikayət edin”, deyirlər.

Ağdam rayon sakinlərinin eirazının video görüntüsünü sizə təqdim edirik:

Səxavət Məmməd

www.yenicag.az

1610