!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Nazpəri illər sonra SİRRİNİ AÇDI: “Bütün həyatımı məhv etdi”

!Reklam – Yazi

“Məni oxumağa qoymurdu. Bütün həyatımı məhv etdi”.

Yenicag.az xəbər verir ki, bu sözləri xalq artisti Nazpəri Dostəliyeva açıqlamasında deyib.

Keçmiş həyatı barədə danışan sənətçi qardaşının ona sənət yolunda mane olduğunu bildirib və özəl sirlərini bölüşüb:

“Qardaşım mənim müğənni olmağımın qəti əleyhinə idi. Buna görə də atam istəmədi ki, bacı-qardaş arasında xoşagəlməzliklər, anlaşmazlıqlar olsun. Atamın əlacı ona qaldı ki, mən ailə qurum, üzərimdə ailəmin məsuliyyəti olsun. Qardaşımın mənə nəsə qadağa qoymasına ixtiyarı çatmasın. Amma yenə də ixtiyarı çatırdı, yenə də mənə və həyat yoldaşıma qəti şəkildə əsəbiləşirdi ki, nə toya, nə konsertə, nə də efirə olar deyir ki. Bütün həyatımı məhv etdi.

Axırda həyat yoldaşım atamdan xahiş etdi ki, axı, bu insan gözəl oxuyur, muğamları bilir, səsi var, niyə də oxumasın. Atam dedi ki, mən icazə verməyəcəm, qardaşın sənin işinə qarışsın. Get, o ailən, o da sən, özün bilərsən. Mən ondan sonra başladım qadın toylarına getməyə”.

Cəvahir

www.yenicag.az

11020
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv