“Sənət sənətkarı yox, öncə sənətkar sənəti yaşatmalıdır”.
Yenicag.az xəbər verir ki, bu sözləri tanınmış müğənni, Xalq artisti Nazpəri Dostəliyeva “Gündən günə” verilişində deyib.
Sənətçi bəzi həmkarlarını passiv olmaqda qınayıb:
“Sənət sənətkarı yox, öncə sənətkar sənəti yaşatmalıdır. Əgər sənətkar sənəti yaşada bilirsə, onda sənət də yaşayacaq, sənətkar da… O qədər gözəl sənətkarlarımız var ki, aktiv olmayıb, passiv olub, indiki nailiyyətləri ilə kifayətlənib. 1996-cı ildən bu günə qədər özümə aid olan müəyyən fasilələri çıxmaq şərti ilə Nazpəri niyə həmişə gündəmdə olub? Çünki sənətimin üstündə bir əsgər kimi dayanmışam. Bugünkü müğənnilər bunun məsuliyyətini dərk etmirlər, çəkisini bilmirlər. Cavabdehliyindən xəbərdar deyillər”.
Nehru