“Beş-altı ay əvvəl barmağımı əzmişəm, o da çoxdan yaxşı olub. Guya xəstəxanada yatmışam, əməliyyat olunmamışam… Yalandır”.
Bunu Yenicag.az-a a açıqlamasında Xalq artisti Nazpəri Dostəliyeva yıxılaraq qolunun zədələnməsi və əməliyyat olunması ilə bağlı yayılan xəbərə münasibət bildirərkən deyib.
Xalq artisti bu xəbərin onun yaxınları və sevənlərini üzdüyünü deyib:
“Nəyə lazımdır axı belə şişirdilmiş xəbərlər. Səhhətimdə heç bir problem yoxdur. Sağ-salamat evimdəyəm. Allahın bu gününə şükürlər olsun. İstəməzdim elə xəbərlərlə insanları, sevənlərimi narahat etsinlər, üzsünlər”.
Qeyd edək ki, xəbəri xalq artistinin əməliyyat olunması ilə bağlı xəbəri axşam.az saytı yayıb.
Cəvahir