Reklam: Sinerji

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

"NBC News": Tramp Lavrova İŞİD-in təyyarə partlatmaq planlarından xəbər verib  

ABŞ-ın “NBC News” telekanalı ölkə prezidenti Donald Tramp və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında baş tutan söhbətin detallarını üzə çıxarıb.

Yeniçağ.Az xəbər verir ki, telekanal mənbələrinə istinadən söhbətin İŞİD terrorçularının təyyarənin göyərtəsində terror aktı törətmək planlarından gedib.

Məlumata görə, ABŞ prezidenti terrorçuların Birləşmiş Ştatlara uçan təyyarədə terror aktı hazırladığını bildirib. Kanalın mənbələri terrorçuların təyyarəni göyərtədə olan noutbukdakı bomba ilə partlatmağı planlaşdırdığını vurğulayıb. Belə ki, bəzi mənbələr aeroportlarda yoxlama sisteminin belə bombaları “gözdən qaçırmasının” mümkünülüyünü qeyd edir.

“NBC News” bildirib ki, bu informasiyanın açıqlanması gizlincə İŞİD sıralarına soxulan və terrorçuların planlarını Vaşinqtona ötürən israilli casusun həyatını təhlükə altına sala bilər.

Qeyd edək ki, Tramp və Lavrov arasında görüş ötən həftə Ağ Evin Oval kabinetində baş tutub. Sonradan KİV ABŞ liderinin diplomatla İŞİD haqqında həddindən artıq gizli məlumatları paylaşdığını yazıb. (Report)

Yeniçağ.Az

www.yenicag.az

576
www.onlinepress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100