NBCBank gücləndirilmiş iş rejiminə keçir Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən 28 fevral 2019- cu il tarixində imzalanmış Fərmana əsasən kompensasiyaların verilməsi davam edir.
Qeyd edək ki, bu günə qədər NBCBank tərəfindən 500 manata qədər olan kompensasiyaların verilməsi icra faizi artıq 60% keçib. Növbəti həftədən etibarən artıq 500 manatdan yuxarı olan kompensasiyaların plastik kartlar vasitəsilə verilməsi planlaşdırılır. Kompensasiya üçün nəzərdə tutulan plastik kartlar artıq tam olaraq hazırdır. Növbəlik prisipinin qorunması üçün vətəndaşlara smslər və zənglər getməkdə davam edir.
Bank gücləndirilmiş iş rejiminə keçib. Bundan başqa Bakıda keçirilən Formula-1 sürət
yarışlarını nəzərə alaraq NBCBankın "1 saylı" filialı bazar günü saat 10.00-dan 17.00-
dək çalışacaq. Ölkənin ilk müstəqil banklarından olan “NBCBank” ASC Bas Ofis, 11 filial və 1 şöbədən ibarət xidmət şəbəkəsi ilə 26 ildir ki müştərilərin xidmətindədir. Bankın bütün xidmət, məhsul və sərfəli kampaniyaları haqqında daha ətraflı məlumat almaq üçün NBCBankın rəsmi facebook, instagram səhifələrindən və yaxud whatsapp üzərindən
+994709320932 məlumat əldə edə bilərlər.
Bundan əlavə www.nbcbank.az saytına daxil olmaq və ya 932 Məlumat Mərkəzinə zəng etmək kifayətdir.