“Kişilik avtoritetlərdə olur” – Elnur Şuşalı ilə fotosu yayılan Zöhrə Abdullayeva danışdı

Əməkdar artist Zöhrə Abdullayevanın kriminal aləmdə Elnur Şuşalı kimi tanınan avtoritetlə fotosu yayılıb.

Yenicag.az xəbər verir ki, Elnur Şuşalı “Lotu Quli”yə yaxınlığı ilə seçilən şəxslərdəndir.

Saytımıza açıqlama verən Zöhrə Abdullayeva xəbərdən şoka düşdüyünü bildirdi:

“Nə danışırsan? O Elnur avtoritetdir? Mən nə bilim o kimlərlə dostluq edir. Mən rəfiqəmlə onun oğlunun ad gününə getmişəm. O da şuşalıdır, mən də, rəfiqəm də. Mən yazıq hardan bilim ki, o “Lotu Quli”nin yaxın dostudur. Mən buna inanmıram. O, taksiylə güclə gəzir, hardan avtoritet oldu? Belə də ki, yaxşı eləyib çəkdirmişəm. Kişilik avtoritetlərdə olur. O, mənim şuşalı balamdır. Onun 37 yaşı var, oğlumdan da kiçikdir. Belə xəbər yaymaq ayıbdır. Elnurun avtoritet olduğunu sizdən eşidirəm. O, İsveçdə yaşayır. İsveçdə lotuluq eləmək olar?”.

Qeyd edək ki, əməkdar artistin avtoritetlə şəklini ilk olaraq Milli.Az saytı yayıb.

Cəvahir