Reklam: High Technic
hightechnic

“Nə? Harada? Nə zaman?” - IX Çağırış Kuboku keçiriləcək

Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dəstək Şurasının maliyyə dəstəyi və Xəzər İntellektual Gənclər Klubunun təşkilatçılığı ilə “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə ənənəvi Çağırış Kubokunun keçirilməsi planlaşdırılır.

“Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə IX Çağırış Kuboku Xəzər İntellektual Gənclər Klubu tərəfindən hər il həyata keçirilən ənənəvi turnirlərdəndir. Kubok çərçivəsində Bakı və regionlarda seçim turları təşkil olunacaq. Gəncə, Quba, Şəki, Tərtər və Goranboyda keçiriləcək seçim turlarında region gənclərin fəal iştirakı gözlənilir.

IX Çağırış Kubokunun keçirilməsində məqsəd gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların intellektual inkişafının təmin olunması və intellektual oyunlar hərəkatının bütün ölkəni əhatə etməsinin reallaşdırılmasıdır.

Layihənin seçim turları bu ilin sentyabr və oktyabr ayı ərzində Bakıda və ölkəmizin müxtəlif regionlarında keçiriləcək. Seçim turlarında ən yaxşı nəticə göstərmiş komandalar Kubokun finalına vəsiqə qazanacaq. Kubokun final mərhələsi oktyabrın sonunda Bakıda təşkil olunacaq.

www.yenicag.az

60