Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

“Nə? Harada? Nə zaman?” üzrə Azərbaycan Kubokunun finalı keçiriləcək

“Nə? Harada? Nə zaman?” oyunu üzrə IV Azərbaycan Kubokunun finalçıları məlum olub.

Yenicag.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Atəşgah İntellektual Oyunlar Klubu tərəfindən təşkil olunmuş “Nə? Harada? Nə zaman?” oyunu üzrə IV Azərbaycan Kubokunun seçim mərhələsi başa çatıb.

Aprel və may aylarında baş tutmuş iki seçim turu nəinki paytaxtda, həmçinin ölkənin bir neçə regionunda keçirilib. Bakıdakı yarışda ilk 16 yeri tutmuş komanda, regionlarda isə müvafiq region üzrə ilk yeri tutmuş komandalar Azərbaycan Kubokun finalında mübarizə aparmağa haqq qazanıblar. Yaxın günlərdə Azərbaycan Kuboku finalının qrup oyunlarının püşkatma mərasimi keçiriləcək.

“Nə? Harada? Nə zaman?” oyunu üzrə IV Azərbaycan Kubokunun finalı bu il iyunun 3-də “Park Inn Radisson” otelində keçiriləcək.

www.yenicag.az

8144
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS