Nə iqtidar, nə müxalifət hiss etdi: Oymaq başçısı 22 ildə 5 partiya DƏYİŞDİ

Türkiyənin məşhur Ertuş oymağının başçısı İsgəndər Ertuşun 22 illik siyasi karyerası eşidənləri təəccübləndirib.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Bildirilir ki, Türkiyənin Van şəhərinin köklü ailələrindən olan Ertuş oymağının başçısı İsgəndər Ertuş 22 illik siyasi karyerasılnda 5 partiya dəyişib.

Rəcəb Tayyib Ərdoğan, Kamal Kılıçdaroğlu və Səlahəddin Dəmirtaşın döş nişanlarını taxdığı Ertuş 2024-cü ildə üçüncü dəfə AK Partiyaya üzv olub.

Bildiyimiz kimi, Türkiyə siyasəti keçid strukturuna qədəm qoyub. Bunun fonunda son ümumi seçkilər zamanı və ondan sonra partiyalarda dəyişikliklər baş verib. Bununla belə, hər kəsi təəccübləndirən hadisələr də istisna deyil.

Süleyman Dəmirəl və Tansu Çillərin DYP prezidentlikləri dövründə üç dövr Van Başkale bələdiyyə sədri vəzifəsini icra edən İsgəndər Ertuşun siyasi karyerası 2002-ci ildən sonra çox diqqət çəkib.

2002-ci ildə Ədalət və İnkişaf Partiyasına üzv olan və 2015-ci ilə qədər orada xidmət edən Ertuş problemin həlli prosesində ilk dəfə partiyasını HDP-yə dəyişib.

HDP-nin o vaxtkı həmsədri Səlahəddin Dəmirtaşın döş nişanını taxan Ertuş 7 iyun 2015-ci il seçkiləri öncəsi millət vəkili namizədi kimi HDP-yə müraciət etsə də, buna nail ola bilməyib.

2016-cı ildə FETÖ-nün xain çevriliş cəhdindən sonra yenidən AKP-yə üzv olan Ertuş nişanı partiya sədri və AKP sədri Rəcəb Tayyib Ərdoğandan alıb.
2018-ci ilin iyununda erkən seçkilərdə Vandan namizəd kimi müraciət edən Ertuş siyahıya düşə bilməyib.

2022-ci ildə CHP-də şansını sınamaq istəyən Ertuş Vanın CHP millət vəkili vəzifəsinə müraciət edib. Lakin Ertuş yenə də siyahıda yer ala bilməyib.

İlk üzvü olduğu AK Partiyaya 2024-cü ildə üçüncü dəfə üzv olan Ertuş özü ilə 1840 üzvü də gətirib.

Xuraman Etibarlı

COP29