“Nə qədər çox öldürsən,o qədər çox tanınarsan”

siaphoto_503026ABŞ-ın Oreqonda yerləşən “Umpqua” universitetinə basqın edən bir gənc 10 nəfəri qətlə yetirib. Sia-nın məlumatına görə, o cinayəti törətməmişdən əvvəl internetdəki profilindən “nə qədər çox öldürsən, o qədər çox tanınırsan” deyib.

26 yaşlı Kris Harper Merser adlı qatil sosial şəbəkədə tez-tez faşistlərə və İrlandiyanın cümhuriyyətçi ordusuna heyran olduğunu bildirib.

Röyters xəbər agentliyinin verdiyi məlumata görə, Kris cinayətdən 3 gün əvvəl, 2012-ci ildə ABŞ-da yerləşən “Sandy Hook” məktəbində baş verən qətllə bağlı sənədli filmi internetdəki profilinə yükləyib. Və bundan başqa bir çox qətl hadisəsi ilə bağlı öz fikirlərini bölüşüb.

O, eyni zamanda bu yaxınlarda iki jurnalist həmkarını canlı efirdəcə qətlə yetirən Vester Flaqandan da bəhs edib. Kris bildirib ki, bir az qan tökən zaman bütün dünya səni tanıyır. Cinayətkar: “nə qədər çox qan töksən, bir o qədər çox tanınarsan” – deyib.

Hadisənin şahidi olan tələbə dəhşətli anlardan bəhs edib: “Merser sinfə girdi və bir tələbəni vurdu. Daha sonra qışqıraraq: “xristianlar ayağa qalxsın” – dedi. Ayağa qalxan uşaqlara isə: “bir saniyə sonra Tanrını görəcəksiniz” – dedi. Sonra ayağa qalxanları vurdu”.

O bildirib ki, həmin vaxt vurulan bəzi tələbələr ölü təqlidi edərək canını xilas edib. Lakin qatil daha sonra digər siniflərə girərək daha çox qətl törədib. ABŞ-ın Oreqonda yerləşən “Umpqua” universitetinə basqın edən bir gənc 10 nəfəri qətlə yetirib. Sia-nın məlumatına görə, o cinayəti törətməmişdən əvvəl internetdəki profilindən “nə qədər çox öldürsən, o qədər çox tanınırsan” deyib.

26 yaşlı Kris Harper Merser adlı qatil sosial şəbəkədə tez-tez faşistlərə və İrlandiyanın cümhuriyyətçi ordusuna heyran olduğunu bildirib.

Röyters xəbər agentliyinin verdiyi məlumata görə, Kris cinayətdən 3 gün əvvəl, 2012-ci ildə ABŞ-da yerləşən “Sandy Hook” məktəbində baş verən qətllə bağlı sənədli filmi internetdəki profilinə yükləyib. Və bundan başqa bir çox qətl hadisəsi ilə bağlı öz fikirlərini bölüşüb.

O, eyni zamanda bu yaxınlarda iki jurnalist həmkarını canlı efirdəcə qətlə yetirən Vester Flaqandan da bəhs edib. Kris bildirib ki, bir az qan tökən zaman bütün dünya səni tanıyır. Cinayətkar: “nə qədər çox qan töksən, bir o qədər çox tanınarsan” – deyib.

Hadisənin şahidi olan tələbə dəhşətli anlardan bəhs edib: “Merser sinfə girdi və bir tələbəni vurdu. Daha sonra qışqıraraq: “xristianlar ayağa qalxsın” – dedi. Ayağa qalxan uşaqlara isə: “bir saniyə sonra Tanrını görəcəksiniz” – dedi. Sonra ayağa qalxanları vurdu”.

O bildirib ki, həmin vaxt vurulan bəzi tələbələr ölü təqlidi edərək canını xilas edib. Lakin qatil daha sonra digər siniflərə girərək daha çox qətl törədib.