“Nə qədər qışqırdım, gözünü açmadı” – Dostunun ölümündən şok keçirən Ağamirzə

Tanınmış meyxana ustası Bayram Kürdəxanlını avtomobillə vuran adamın tanınmış meyxanaçı Ağamirzənin qohumu olduğu deyilir.

Yenicag.az-a açıqlama verən Ağamirzə xəbəri təsdiqləyib:

“Bayramı vuran Emin mənim uzaqdan-uzağa qohumumdur. Kim istəyərdi ki belə hadisə olsun?! Emin danışır ki, hadisə baş verən zaman maşını yüksək sürətlə idarə etməyibmiş. Bayram qəfildən maşının altına girib, Emin avtomobili qaçırtsa da, xeyri olmayıb. Elə özü də onu xəstəxanaya çatdırıb”.

Ağamirzə gecə xəstəxanada Bayramın yanında qaldığını dedi:

“Reanimasiyada idi, içəri girdim, qardaşı da mənimləydi. Nə qədər çağırdım ki, Bayram, gözünü aç, yanındayam, eşitmədi. Komadaydı. O boyda “türmədə” ölməyəsən, gəlib bir maşının altında qalasan. Qismətə bax. Hələ də şokdayam, özümə gələ bilmirəm”.

Cəvahir

Yenicag.az