“Nə vardı apardılar” – Elarizin həyətinə oğru girdi

Elariz Məmmədoğlunun başına iş gəlib. Müğənninin evində oğurluq hadisəsi olub.

Yenicag.az-a açıqlama verən müğənni bayram günü həyətindən bir sini yumurta və ərzaq məhsullarının oğurlandığını deyib:

“Bayram günü yaxşı bazarlıq etmişdim. Bizdə adət-ənənədir: hər il bütün qohum-əqrəbaya Novruz payı aparırıq. Yoldaşım qohumlara paylamaq üçün 200-ə yaxın yumurta boyamışdı. Bazarlığı maşına yığmaq üçün həyətə daşıdıq. Evə qalxıb düşəndə, gözümüzə inanmadıq: bütün zənbilləri oğurlamışdılar. Hər şey cəhənnəm, o boyanan yumurtalara heyfim gəldi: siniqarışıq aparmışdılar. Yoldaşım onlara iki gününü həsr etmişdi. Xeyli pul xərcləmişdim, oturduğumuz yerdə ziyana düşdük. Durub polisə verəsi deyildik ki…”

Cəvahir

COP29