!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Necati Şaşmazın şok boşanma səbəbi - 10 milyonluq təzminat tələbi - FOTO

!Reklam – Yazi

Türkiyənin “Kurtlar Vadisi Pusu” serialının baş rol ifaçısı, “Polat Alemdar”ı canlandıran Necati Şaşmaz 2012-ci ildə evləndiyi Nagehan Şaşmazdan boşanmaq qərarına gəlib.

Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, Necati Şaşmaz 7 illik həyat yoldaşı və iki uşağının anası Nagehan Şaşmazdan boşanmaq üçün məhkəməyə müraciət edib.

O, 10 milyon lirə təzminat və iki övladının ona verilməsini, əks halda ortaq qəyyumluğun tətbiq edilməsini istəyib.

Vəkil məhkəməyə təqdim etdiyi şikayət ərizəsində Nagehanın evliliyini ağır hərəkətlərlə sarsıtdığını qeyd edib.Vəkil 5 milyon lirənin mənəvi, 5 milyon lirənin isə maddi ziyana görə təzminat tələbi olduğunu qeyd edib.

2 övladı olan cütlüyün xəyanətə görə bu qərara gəldiyi iddia edilir. İddialara görə , Nagehan Şaşmaz həyat yoldaşı Necati Şaşmazın telefonunda gördükləri qarşısında şoka düşüb və cütlük əvvəl ayrı evlərdə yaşamağa qərar verib, sonra isə Necati Şaşmaz məhkəməyə boşanmaq üçün müraciət edib.

Almaniya vətəndaşı olan Nagehanın uşaqları ondan qaçırdacağını güman edən Necati Şaşmaz onların xaricə aparılmasına da qadağa qoyulmasını tələb edib.

www.yenicag.az

4734
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv