Neçə nəfərin diplomu tanınıb?

Cari ildə xaricdə təhsil almış şəxslərin diplomlarının tanınması ilə bağlı 3004 müraciət daxil olub.

Yenicag.az xəbər verir ki, bunu Təhsildə Keyfiyyat Təminatı Agentliyinin İdarə Heyətinin sədri Eldar Orucov deyib.

Onun sözlərinə görə, bu müraciətlərin 2278-nə müsbət cavab verilib.

“Bu, ümumi müraciətlərin 76 faizini təşkil edib. 726 müraciətə, 24 faizinə isə mənfi cavab verilib” – o bildirib.