!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nəcməddin Sadıkov Moskvaya gedəcək

!Reklam – Yazi

Martın 15-də Moskvada MDB ölkələri silahlı qüvvələrinin baş qərargah rəislərinin iştirakı ilə beynəlxalq konfrans keçiriləcək.

MDB-nın rəsmi saytında yerləşdirilmiş məlumata əsasən, Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasında keçiriləcək konfrans terrorçuluqla mübarizə məsələlərinə həsr olunub.

Tədbirdə Rusiya, Azərbaycan, Ermənistan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Qazaxıstan, Belarus və Özbəkistanın baş qərargah rəisləri iştirak edəcək.

Beynəlxalq konfrans MDB ölkələri Müdafiə Nazirləri Şurasının yaradılmasının 25 illiyinə həsr olunmuş silsilə tədbirlərdən birincisidir.

Yeniçağ az

www.yenicag.az

608
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv