Nəcməddin Sadıkov Səudiyyə Ərəbistanına gedir

Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Səudiyyə Ərəbistanı Krallığının Silahlı Qüvvələri Baş Qərargah rəisi general Faiyad bin Hamed Al Rovailinin dəvəti ilə aprelin 6-da bu ölkəyə rəsmi səfər edəcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, səfər çərçivəsində dövlət rəsmiləri ilə keçiriləcək görüşlərdə iki ölkə arasında hərbi sahədə əməkdaşlığın inkişaf perspektivləri müzakirə ediləcək və regional təhlükəsizlik məsələlərinə dair fikir mübadiləsi aparılacaq.