Böyük Britaniyanın “Standard Chartered” bankının analitikləri dünya bazarlarında neftin qiymətləri ilə bağlı ən bədbin proqnozu açıqlayıblar.
Maliyyə təşkilatının ekspertləri bir barelə görə neftin qiymətinin 10 dollara qədər düşəcəyini istisna etmirlər.
“Biz hesab edirik ki, bazar iştirakçıları daha uzağa getdiklərini etiraf edənə qədər neftin qiyməti bir barelə görə 10 dollar səviyyəsinə düşə bilər”, – deyə Bankın proqnozunda qeyd olunur.
“Reuters” agentliyi qeyd edir ki, digər banklar da (Barclays, Macquarie, Bank of America, Merill Lynch и Societe Generalе) 2016-cı il üzrə neftin qiymətləri ilə bağlı bədbin proqnozla çıxış ediblər.
Xatırladaq ki, bu gün İCE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,66 dollar azalaraq 30,80 dollar olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında yanvarın 11-də keçirilən elektron ticarət əməliyyatlarının son gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,83 dollar azalaraq 30,56 dollar təşkil edib.
Qeyd edək ki, “Brent” markalı neftin qiyməti 2004-cü ilin aprel ayında 29,95 dollar/barel olub.
Analitiklər hesab edir ki, neftin kəskin ucuzlaşmasının əsas səbəbi Çin iqtisadiyyatında müşahidə olunan mənfi tendensiyadır.