ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,66 dollar azalaraq 30,80 dollar olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında yanvarın 11-də keçirilən elektron ticarət əməliyyatlarının son gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,83 dollar azalaraq 30,56 dollar təşkil edib.
Qeyd edək ki, “Brent” markalı neftin qiyməti 2004-cü ilin aprel ayında 29,95 dollar/barel olub.
Analitiklər hesab edir ki, neftin kəskin ucuzlaşmasının əsas səbəbi Çin iqtisadiyyatında müşahidə olunan mənfi tendensiyadır.