Brent markalı neftin dəyəri 79 dolları ötüb.
Yenicag.az OilGas.az-a istinadən xəbər verir ki, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 1% artaraq 79,02 dollar təşkil edib.
Qeyd edək ki, bu markalı neftin dəyəri sonuncu dəfə 2014-cü il noyabrın 25-də 79 dollardan daha yüksək olub.