!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Neft Azərbaycan üçün təhlükə mənbəyinə çevrilir”

!Reklam – Yazi

 

A rusty damaged oil barrel spilling oil in the shape of a dollar symbol. Very high resolution 3D render.
A rusty damaged oil barrel spilling oil in the shape of a dollar symbol. Very high resolution 3D render.

Natiq Cəfərli: “Gəlirlərin azalması fonunda ölkənin borc yükünün artması çox təhlükəli haldır”

Nüfuzlu “Financial times” qəzetində Azərbaycanla bağlı “Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı neftlə əlaqəli defoltu qabaqlayan hərəkətə keçir” adlı yazı dərc edilib.

Burada göstərilir ki, BVF-nin nümayəndələri bu məqsədlə 28 yanvar-4 fevral tarixinədək Bakıda səfərdə olacaq. Eyni zamanda bu günlərdə, Asiya İnkişaf Bankının (AİB) və Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndələri də Bakıya gəlir.

Qəzetin yazdığına görə Azərbaycan höküməti ilə Dünya Bankı arasında olan danışıqlarda 4 milyard dollarlıq kredit götürmək əsas müzakirə mövzularından biridir.

Görəsən, indiki böhran şəraitində və bu fonda həmin xarici valyuta fondlarının risqli ölkələrə borcu yüksək faizlə verəcəyi bir zamanda, Azərbaycanın belə böyük həcmdə xarici borclanmaya getməsi nə dərəcədə məntiqlidir?

Yenicag.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli gəlirlərin azalması şəraitində böyük borclanmaya getməyin risqli olduğunu bildirdi. Amma eyni zamanda o söylədi ki, bu borc alma struktur və məhkəmə islahatları ilə müşayiət olunarsa, onun müsbət effekti də ola bilər: “Hazırda Azərbaycanın beynəlxalq reytinqi neft gəlirlərinin azalmasına görə xeyli dərcədə aşağı düşüb. Ona görə də indiki şəraitdə ölkəmizin aldığı hər bir borclanma faizi əvvəlki illərlə müqayisədə xeyli dərəcədə yüksək olacaq.  Bu borclanmaya getməyin səbəbi təbii ki, azalan neft gəlirləridir. Gəlirlər düşür, hökumət bu fonda ciddi islahatlara getmək əvəzinə, borc vasitəsilə böhrandan çıxmağı düşünür. Bu isə yanlış yoldur. Əslində borc almağın özü öz-özlüyündə böyük problem deyil. Problem odur ki, Azərbaycandakı sistem çərçivəsində şəffaflıq çox aşağı olduğundan, həmin borcların xərclənməsində şəffaflığın olub-olmayacağı sual altındadır. Yeganə pozitiv tərəfi o ola bilər ki, BVF və DB borc verərkən müəyyən struktur islahatları tələb edir. Danışıqların detalları, hansı tələblərin olduğu bizə məlum deyil. Amma həmin maliyyə qurumlarının ilk tələblərindən biri təbii ki, dövlətin əlində olan vəsaitlərin özəlləşdirilməsilə bağlıdır. Amma daha ciddi tələblər də irəli sürülə bilər. Məsələn, struktur, məhkəmə islahatı tələb olunar. Bu tələblər, habelə Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlik kimi tələblər də yerinə yetiriləcəksə, borclanmanın pozitiv tərəfi olacaq. Lakin gəlirlərin azalması fonunda ölkənin borc yükünün artması çox təhlükəli haldır. Çünki, Azərbaycan xarici ticarəti böyük həcmdə enerji daşıyıcıları üzərində qurulub. Obrazlı desək, ölkə təkcə neftə görə pul qazanır. Bunun özü də bir təhlükə mənbəyidir. Yeni borclanma ilə ölkənin xarici borcu gəlirlərin azalması fonunda artacaqsa, yaxın 4-5 ildə ciddi borc yükü altına düşəcəyik. Belədə, gələcək nəsillərin çiyninə bu günkü səhvlərimizi yükləyəcəyik”.

ELÇİN

www.yenicag.az

677
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv