Neft qiymətlərində artım müşahidə olunur.
Yenicag.az xəbər verir ki, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,17 dollar və ya 0,31% artaraq 55,31 dollar olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,27 dollar və ya 0,55% bahalaşaraq 49,75 dollar təşkil edib.
“AzeriLight” markalı neftin 1 barelinin dəyəri isə 0,58 dollar və ya 1,01% artaraq 57,87 dollara bərabər olub.