Dünya birjalarında neftin qiyməti bahalaşıb.
Yenicag.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,28 dollar və ya 0,41% artaraq 68,92 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,15 dollar və ya 0,20% artaraq 74,86 dollar təşkil edib.